Bakıda Yaşıl ada rayonu salınacaq
23 Noyabr 2011 Çərşənbə 12:14
Yaşıl ada fransız üslublu, orta hündürlüyü olan evlərlə əhatə olunmuş 45 villalı rayon yerləşəcək.
Bakıda “Yaşıl ada” rayonu salınacaq. Rayon “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində inşa olunacaq.

“Bakı Ağ Şəhər” layihəsinin icra qrupundan AzərTAc-a verilən məlumata görə, Böyük Britaniyanın “”Atkins” şirkətinin layihəsinə əsasən tikiləcək “Yaşıl ada”da yeni Fəvvarələr meydanının qərbində, fransız üslublu, orta hündürlüyü olan evlərlə əhatə olunmuş 45 villalı rayon yerləşəcək. Rayonun tam mərkəzində, yüksəklikdə yerləşəcək “Aypara Residence” adlanacaq yaraşıqlı bina ətrafda təkrarolunmaz bir atmosferin yaradılmasına xidmət etməklə yanaşı, şəhərin müasir memarlığına qiymətli tövhə olacaq.

Layihəyə görə, ərazisi 22,5 hektar nəzərdə tutulmuş rayonda 312 min 200 kvadratmetrlik yaşayış, 23 min 520 kvadratmetrlik ticarət sahəsi, eləcə də yaşıllaşdırılmış küçə və bağların salınması planlaşdırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar