Bakıda yarmarkada satılacaq balın qiyməti açıqlandı
06 Sentyabr 2011 Çərşənbə Axşamı 11:41
Arıçılıq məhsullarının respublika sərgi satış yarmarkasında 400 ton bal satılması gözlənilir
Bu il arıçılıq məhsullarının respublika sərgi satış yarmarkası sentyabrın 20-dən oktyabrın 5-dək Bakı şəhərində, Xətai rayonunun ərazisində , “Əhmədli” metrosunun yaxınlığında yerləşən “Bakı” kino-teatrının qarşısında keçiriləcək. Kənd Təssərrfatı Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, yarmarka hər gün sahər saat 9-dan axşam saat 19-dək davam edəcək.

Yarmarkada 42 rayondan arı təsərrüfatı və yüksək keyfiyyətli bal məhsulu olan 150 nəfər arıçı iştirak edəcək. Hər rayondan 3-5 nəfər arıçı dəvət olunacaq. Əvvəlki illərdə müəyyən olunub ki, bəzi arıçılar yarmarkaya saxtalaşdırılmış bal gətirir və onu satmağa çalışırlar.

Yarmarkaya satış üçün gətirilən arıçılıq məhsullarının hamısının keyfiyyəti dəyəri ödənilmədən respublika baytarlıq laboratoriyasında yoxlanılacaq və keyfiyyət sertifikatı veriləcək. Keyfiyyətsiz bal satışa çıxarılmayacaq.Arıçılıq məhsullarının respublika sərgi satış yarmarkasında 400 ton bal satılması gözlənilir.

Nazirlik bildirir ki, arıçıların, ziyalıların və xüsusilə də müharibə vateranlarının təklifləri nəzərə alınaraq, yarmarkada sağlam balın qiyməti tənzimlənəcək. 1 kq balın 15 manata satılması nəzərdə tutulur. Bu qiymətlə razılaşmayan arıçılar yarmarkaya buraxılmayacaq və onlar öz arıçılıq məhsullarını Bakı şəhərinin bazarlarında istədikləri qiymətə satmaq imkanı qazanacaqlar.

Məlumata görə, yarmarkaya saxtalaşdırılmış bal gətirilməsinin qarşısını almaq üçün yarmarkada iştirak edəcək arəçıları rayon icra hakimiyyətləri göndərəcəklər. Rayon icra hakimiyyətlərinin Kənd Təsərrüfatı Nazirliyinə təqdim etdiyi siyahılarında adları olmayan arıçılar yarmarkaya buraxılmayacaqlar.

Yarmarkada yalnız Azərbaycanda istehsal olunan bal satılacaq. Digər ölkələrdə, xüsusilə İranda istehsal olunan bal məhsulunun yarmarkada satışına imkan verilməyəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar