Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 22-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı ehtimal olunur. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 5-10 dərəcə, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.
Hava şəraitinin qısa icmalı: Abşeron yarımadasında mülayim şimal-qərb küləyinin gündüz güclənəcəyi gözlənilir. ANSPRESS
Bakıda yağış gözlənilir
Abşeron yarımadasında mülayim şimal-qərb küləyi gündüz güclənəcək.




Şərhlər