Ölkə

Bakıda üzüm yığımı festivalı keçirilir

Festivalda əsas üstünlük şərab məhsullarının sərgilənməsinə verilib.

· Xəbərçi
Bakıda üzüm yığımı festivalı keçirilir
İçəri Şəhərdə, Qoşa Qala Qapısı meydanında, “Caspian Coast Üzüm Yığımı Festivalı” adı altında üzüm yığımı mövsümünə və üzüm məhsullarına həsr olunmuş festival keçirilir. İçəri Şəhərdə baş tutan festivalda bir çox yerli şirkətlərlə yanaşı, xarici şirkətlərdə öz məhsullarını təqdim ediblər. Festivalda əsas üstünlük şərab məhsullarının sərgilənməsinə verilib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Rahib Azəri Azərbaycanda üzümçülüyün qədim tarixə malik olduğunu bildirib. " Üzüm həm firavanlıq, həm də sağlamlıq rəmzidir. Bu sahəyə diqqəti artırmaq üçün belə tədbirin keçirilməsinə rəvac verdik. Birinci dəfədir belə festival keçirilir və onun ənənəvi olması nəzərəd tutulub".

Paytaxt sakinlərinin diqqətini çəkmək üçün sərgi zamanı üzüm əzmə yarışmasının da keçiriləcəyi nəzərdə tutulub. Qala konsertində isə Azərbaycan və bir sıra ölkələrin “Eurovison" müsabiqəsində təmsil edən ifaçıların çıxışları gözlənilir. ANSPRESS

Şərhlər