Ölkə

Bakıda ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyası keçirilir

Sessiya öş işini sentyabrın 15-də yekunlaşdıracaq

· Xəbərçi
Bakıda ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyası keçirilir
Bu gün Bakıda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyası öz işinə başlayıb. ANS PRESS-in məlumatına görə, tədbirdə komitəyə üzv olan 53 ölkənin səhiyyə naziri və dövlət rəsmiləri iştirak edir.

Sessiyada yoluxucu olmayan xəstəliklərə və vərəmə qarşı mübarizə, alkoqolizm, antibiotiklərə qarşı davamlılıq, QİÇS və antibiotiklərdən düzgün istifadə problemləri milli və regional səviyyədə müzakirə olunacaq.

Sessiya öş işini sentyabrın 15-də yekunlaşdıracaq.

Şərhlər