Bakıda quldurluq edən şəxslər saxlanılıb
14 Aprel 2012 Şənbə 11:41
Onlar Əli Zeynalabdinova bıçaqla hədə-qorxu gələrək 50 manat və 2 ədəd mobil telefon alıblar.
Bakı şəhəri Neapol küçəsində naməlum şəxslər Bakı şəhər sakini Əli Zeynalabdinova bıçaqla hədə-qorxu gələrək 50 manat və 2 ədəd mobil telefonunu alıblar. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilənməlumata görə, Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinənlər - Beyləqan rayon sakini Məhəmməd Muradov, Jəlilabad rayon sakini Aqşin Qəniyev və Oğuz rayon sakini Asiman Muradzadə ötən gün tutulublar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar