DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 27-də H. Cavid prospektində Bakı şəhər sakini Aqil İsrafilov qanunsuz fəaliyyət göstərən valyutadəyişmə məntəqəsində valyuta alğı-satqısı ilə məşğul olduğu üçün tutulub. Valyutadəyişmə məntəqəsinə baxış zamanı 370 dollar və 420 manat aşkar edilərək götürülüb.
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində mayın 27-də H. Cavid prospektində Ucar rayon sakini Cərulla Hüseynov qanunsuz fəaliyyət göstərən valyutadəyişmə məntəqəsində valyuta alğı-satqısı ilə məşğul olduğu üçün tutulub. Valyutadəyişmə məntəqəsinə baxış zamanı 1500 rubl, 400 ABŞ dolları və 225 manat aşkar edilərək götürülüb.
Bakıda qanunsuz valyutadəyişmə məntəqələri aşkar olunub
Azərbaycan paytaxtında qanunsuz valyuta alğı-satqısı ilə məşğul olan şəxslər həbs edilib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.




Şərhlər