Bakıda pişik FHN-nin əməkdaşlarını ayağa qaldırdı
20 Aprel 2012 Cümə 12:52
Ekstrimal vəziyyətə düşən pişiyi nazirliyin xilasediciləri qurtarıb.
Bakı şəhərində pişik Fövqəlada Hallar Nazirliyinin əməkdaşlarını ayağa qaldırıb. ANS PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, FHN-nin “112” saylı qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə təmir işləri aparılan zaman ev sahibinin pişiyi havalandırma borusuna düşüb. Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, pişik üçmərtəbəli yaşayış binasının III mərtəbəsində yerləşən mənzilin divarındakı havalandırma borusuna düşərək aşağıya doğru sürüşməyə başlayıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə pişiyi borudan çıxarıblar. Pişik sahiblərinə təhvil verilib.
DOSTLARINLA PAYLAŞ: