Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
10 Noyabr 2011 Cümə Axşamı 12:43
Məhdudiyyətlər Macarıstan prezidenti Pal Şmitin Azərbaycana rəsmi səfəri ilə əlaqədardır.
Macarıstan prezidenti Pal Şmitin Azərbaycana rəsmi səfəri ilə əlaqədar Bakının bır sıra avtomobil yollarında hərəkətə fasilələrlə məhdudiyyətlər olacaq.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun Lent.az-a verdiyi məlumata görə, yüksək səviyyəli qonaqların təhlükəsizliyini təmin etmək məqsədi ilə noyabrın 10-da saat 16:00-dan Aeroport şossesi, Heydər Əliyev prospekti, 20-ci zavod dairəsi, Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçəsi, Neftçilər prospekti, küçəsi, “Azneft” meydanı, Niyazi küçəsi, İstiqlaliyyət küçəsi, Lermantov küçəsi, Teymur Elçin küçəsi, Mehdi Hüseyn küçəsi, Parlament prospekti, Mikayıl Müşfiq küçəsi və Badamdar qəsəbəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər qoyulacaq.
Noyabrın 11-i saat 08:00-dan etibarən isə Niyazi küçəsi, “Azneft” meydanı Neftçilər prospekti, Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti, Aeroport şossesi və Zaqulba qəsəbəsi istiqamətindəki yollarda məhdudiyyətlər olacaq. Macarıstan prezidentinin yenidən şəhərin mərkəzinə gəlməsi və Şəhidlər Xiyabanını ziyarət etməsi ilə ilə əlaqədar yuxarıda sadalanan küçələrdə saat 19:00-dək hərəkətə fasilələrlə məhdudiyyət qoyulacaq.
Sürücülərdən həmin yollardan az istifadə etmələri və nəqliyyat vasitələrini qadağan olunan yerlərdə saxlamamaları xahiş olunur.
DOSTLARINLA PAYLAŞ: