Ölkə

Bakıda müasir telefon köşkləri quraşdırılıb

Paytaxtın daha bir neçə yerində qazıntı aparılıb və elanlar yapışdırılıb.

· Xəbərçi
Bakıda müasir telefon köşkləri quraşdırılıb
Bakı şəhərində taksofonların quraşdırılmasına başlanıb. Milli.Az-ın məlumatına görə, artıq şəhərin mərkəzi küçələrində müasir formalı telefon köşkləri quraşdırılıb.

Onu da əlavə edək ki, Bakı şəhərində daha bir neçə yerdə taksofon quraşdırılacağı ərazilər qazılıb və elanlar yapışdırılıb. Hazırda quraşdırılmış və quraşdırılması planlaşdırılan taksofonların bir-birindən fərqi məlum deyil.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktor müavini Xankişi Kişiyev bildirib ki, yeni quraşdırılan taksofonların təyinatı barədə məsələyə yaxın bir neçə gün ərzində aydınlıq gətiriləcək.

Şərhlər