Bakıda metrobus xətləri açılacaq
04 Aprel 2012 Çərşənbə 06:59
İstanbulda olduğu kimi Azərbaycan paytaxtının nəqliyyat sisteminə metrobusların daxil edilməsi planlaşdırılır
Bakının bəzi ərazilərində İstanbulda olduğu kimi nəqliyyat sisteminə metrobusların daxil edilməsi planlaşdırılır. Bu barədə Lent.az saytına eksklüziv olaraq hökumətdəki mənbələrdən məlumat verilib.

Artıq bununla bağlı paytaxt meriyası və müvafiq qurumlar arasında yekdil fikir mövcud olsa da, metrobusların tətbiqi ilə bağlı texniki məsələlər hələ ki açıq qalmaqdadır.

İlkin mərhələdə metrobusların Azadlıq meydanı-Nobel prospekti-Zığ yolu, metronun 28 may stansiyasının yaxınlığından başlamaqla Heydər Əliyev prospekti ilə Binəyə (hava limanının yaxınlığı), metronun “20 yanvar” stansiyasının yaxınlığından 3-cü mikrorayon dairəsindən keçməklə, Dərnəgül yolu ilə metronun “Koroğlu” stansiyasına və Bakıdan Sumqayıta çəkilməsi müzakirə olunan məsələlər arasındadır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar