Ölkə

Bakıda məcburi köçkünlərin evləri yanır

Yanğın Köhnə Yasamalda məskunlaşan məcburi köçkünləri evlərində baş verib

· Xəbərçi
Bakıda məcburi köçkünlərin evləri yanır
Bu gün saat 13:20 radələrində Yasamal rayonunda yerləşən Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin yataqxanasının yaxınlığında məcburi köçkünlərin məskuunlaşdığı birmərtəbəli evdə yanğın baş verib. ANS TV-nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, əraziyə Fövqəlada Hallar Nazirliyinin Dövlət yanğından Mühafizə Xidmətinin 8 yanğınsöndürən maşını və əməkdaşları cəlb edilib.

Qeyd edək ki, yanğın nəticəsində 5 ailənin yaşadığı ümumi sahəsi 120 kv olan ev yanaraq külə dönüb. Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, evlər yaşamaq üçün yararsız hala düşüb. Hələlik alov da tam ram edilməyib və yanğın söndürülməsi davam edir.

Şərhlər