Bakıda külək gözlənilir
22 Oktyabr 2011 Şənbə 11:33
Paytaxtda 15-19 dərəcə isti olacaq.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-13 dərəcə, gündüz 15-19 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 6-11 dərəcə, gündüz 14-19 dərəcə, dağlarda gecə 1-6 dərəcə, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Hava şəraitinin qısa icmalı: Yaxın 2 gün ərzində Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar