Bakıda hansı evlər söküləcək?
03 May 2012 Cümə Axşamı 12:00
Azadlıq prospekti, Füzuli küçəsi, Süleyman Rəhimov, Salatın Əsgərova və sair küçələrdə evlər söküləcək.
Bakının Nəsimi rayonundakı Keykəb xanım Səfərəliyeva küçəsindəki 19 saylı evin söküləcəyinə dair xəbərlər yayılıb. Deyilənə görə, Bakının baş planına əsasən bu ilin sonunda bu bina söküləcək və onun yerində mehmanxana tikiləcək.

Bu məsələ ilə bağlı Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi yanında 17 saylı Mənzil İstismar Sahəsindən Day.az-a verilən məlumata görə, isə deyilənlərin həqiqətəuyğun olmadığını bildiriblər: “Hər halda, bizdə bu binanın söküləcəyi və orada mehmanxana tikiləcəyinə dair heç bir məlumat yoxdur. Bizə Bakının baş planına əsasən sökülməli olan binaların siyahısını veriblər. Orada söhbət Azadlıq prospekti, Füzuli küçəsi, Süleyman Rəhimov, Salatın Əsgərova və sair küçələrdəki evlərdən gedir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar