Bakıda güclü qar yağır
07 Noyabr 2011 Bazar Ertəsi 10:00
Paytaxtda şimal-qərb küləyi əsir.
Artıq bir neçə gündür davam edən anomal hava şəraiti bu gün Bakıda qarla müşayiət olunur.
Paytaxtda güclü şimal küləyi əsir, erkən saatlardan başlayan qar artıq bir çox ərazilərdə otura da bilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, bu gün də anomal kəskin soyuq hava şəraiti davam edəcək. Fasilələrlə yağıntılı olacaq, bəzi yerlərdə intensivləşəcək. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə və gündüz 0-4 dərəcə isti olacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar