Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-15 dərəcə, gündüz 15-19 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında yağış yağacağı gözlənilir, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəscək. Havanın temperaturu gecə 10-15 dərəcə, gündüz 18-23 dərəcə, dağlarda gecə 4-9 dərəcə, gündüz 10-15 dərəcə isti təşkil edəcək. ANSPRESS
Bakıda güclü külək əsəcək
Azərbaycanın bəzi rayonlarında leysan gözlənilir.




Şərhlər