Komitədən “APA-Economics”ə verilən xəbərə görə, araşdırma zamanı müəssisədə texnoloji sənədlər, o cümlədən uyğunluq sertifikatı olmadan çovdar unundan hazırlanan çörəklərin istehsalı, hazır məhsulların sınağının aparılmadığı, istifadə olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlanışından keçmədiyi, o cümlədən məhsulların müvafiq keyfiyyətdə sabit istehsalına şəraitin olmadığı müəyyən olunub.
Aşkar olunmuş qanun pozuntuları ilə bağlı müəssisədə məhsul istehsalı qadağan edilib.
Bakıda fiziki şəxsə məxsus müəssisədə çörək istehsalı dayandırılıb
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi 9 ünvanında fəaliyyət göstərən fiziki şəxs E.Yaqubova məxsus müəssisədə dövlət nəzarəti həyata keçirilib.




Şərhlər