Ölkə

Bakıda dördmərtəbəli binanın sökülməsinə başlanılıb

Bu gün səhər saatlarından Bakının Səbail rayonu Ü. Hacıbəyov küçəsi, 6 ünvanında yerləşən qəzalı binanın sökülməsinə başlanılıb.

· Xəbərçi
Bakıda dördmərtəbəli binanın sökülməsinə başlanılıb
APA-nın məlumatına görə, binanın yerləşdiyi ərazi əhatəyə alınıb. İlkin olaraq binada qalan ev əşyalarının danışmasına başlanılıb. Səbail rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İsrafil Kərimov APA-ya bildirib ki, əşyalar daşındıqdan sonra dərhal söküntü işlərinə başlanılacaq. O, prosesin Fövqəladə Hallar Nazirliyi və Səbail rayon təsərrüfat xidmətləri tərəfindən həyata keçiriləcəyini deyib. İ. Kərimov dördmərtəbəli binanın tam söküləcəyini qeyd edib.

Qeyd edək ki, ötən gün 100 ildən çox yaşı olan 4 mərtəbəli binanın divarının bir hissəsi uçub. Binanın sakinləri isə bir müddət əvvəl köçürülüb.

Şərhlər