Bakıda bəzi yollar bağlanacaq
15 Sentyabr 2011 Cümə Axşamı 13:50
Yol polisi sürücülərə müraciət edib
Monteneqro prezidenti Filip Vuyanoviçin sentyabrın 15-17-də Azərbaycana səfəri ilə əlaqədar Bakının bəzi küçə və yollarında fasilələrlə avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyətlər qoyularaq istiqamətlər dəyişdiriləcək. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, bu gün saat 15:00-dan etibarən Heydər Əliyev prospekti, 10-cu Zavod yol qovşağı, Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft meydanı, Niyazi, İstiqlaliyyət küçələri və Bəhramgur dairəsi istiqamətində avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyətlər qoyulacaq.

Sentyabrın 16-da saat 08:00-dan Azneft dairəsi, Neftçilər prospekti ilə aeroport, Mərdəkan, Buzovna, Zağulba istiqamətlərinə və həmin marşrutlar üzrə geriyə hərəkət məhdudlaşdırılacaq.

Sabah saat 13:00-dan isə İstiqlaliyyət, 10-cu Park, Lermantov, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri xiyaban, Şəhidlər xiyabamı və İçərişəhər istiqamətinə yollar bağlanacaq.

Həmçinin Neftçilər prospektinin kəsişməsindən Rəşid Behbudov, Bakıxanov, Ceyhun Hacıbəyli, Vaqif, Fətəli Xan Xoyski, Koroğlu Rəhimov küçələri və geriyə, Qədirbəyov küçəsi ilə Xətai prospekti, Dəmirçizadə küçəsi ilə Azneft dairəsi istiqamətində avtomobillərin hərəkətinə icazə verilməyəcək.

Sentyabrın 17-də saat 08:00-dan Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament, Hüseyn Cavid, İnşaatçılar prospektləri, İzmir küçəsi, Tbilisi prospekti, Sumqayıt istiqamətinə və geriyə yollar bağlanacaq.

Bakı yol polisi əhalidən, sürücülərdən və avtomobil sahiblərindən xahiş edir ki, bu istiqamətlərdə nəqliyyatın sıxlığı, ləngimə, yol qəza hadisələri baş verməməsi üçün alternativ yollardan istifadə etsinlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar