Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində böyük Azərbaycan sərkərdəsi Babəkin abidəsi ucaldılacaq.
Bakı şəhər İcra Hakimiyyətinə Babəkin abidəsinin ucaldılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. ANSPRESS
Bakıda Babəkin abidəsi ucaldılacaq
Bakıda Babəkin abidəsi ucaldılacaq. Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.




Şərhlər