Ölkə

Bakıda avtobusda cibgirlik edən şəxsin üstündən narkotik çıxdı

Saxlanılan şəxs mobil telefon oğurluğunda şübhəli bilinir.

· Xəbərçi
Bakıda avtobusda cibgirlik edən şəxsin üstündən narkotik çıxdı
Paytaxtda 1 saylı xətt avtobusunda cibgirlik edən şəxsi polis saxlayıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, avtobusda Bakı şəhər sakini Dünyaxanım Lətifovanın mobil telefonu cibindən oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsi 22-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Nəriman Salmanov tutulub. Onun üzərinə axtarış keçirən zaman üstündən 0,302 qram narkotik vasitə olan heroin aşkar edilib.

Şərhlər