Ölkə

Bakıda alıcıları aldadan daha bir mağaza aşkarlanıb

Mağaza endirimlə bağlı qeyri-dəqiq reklamdan istifadə etməklə istehlakçılara mal satırmış.

· Xəbərçi
Bakıda alıcıları aldadan daha bir mağaza aşkarlanıb
Bakıda daha bir istehlakçıların aldadılması halının qarşısı alınıb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsi, ev 3, mənzil 2 ünvanında Ahmet Kutalmış Koçoğlu Fevziyə məxsus mağazada aparılan yoxlama zamanı, mağazada endirimlə bağlı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyən edilib.

Belə ki, mağaza tərəfindən endirim tətbiq olunan mallar barəsində dəqiq məlumatlar (malın adı, növü, qrupu və s.) verilməməklə, qeyri-dəqiq reklamdan istifadə edildiyi aşkar olunub. Bundan başqa, satışda olan malların qiymət kağızlarında endirimdən əvvəl və sonrakı qiymətlər göstərilməyib.

Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qeyri-dəqiq reklamın yayımı dayandırılıb.

Şərhlər