İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkədə saxta endirim kampaniyaları keçirən mağazalarda monitorinqlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, Cavadxan küçəsi, ev 10 ünvanında Muhammad Sadam Şaliyə məxsus mağazada aparılan yoxlama zamanı, mağazada istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyən olunub.
Belə ki, mağazanın qapısında iri hərflərlə “Bütün mallara 70% endirim” sözləri yazılsa da, satışda olan 638 ədəd qadın geyimlərinə endirimin tətbiq edilmədiyi müəyyən olunub. Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qeyri-dəqiq reklamın yayımı dayandırılıb.
Bakıda alıcıları aldadan daha bir mağaza aşkarlanıb
Mağazanın qapısında iri hərflərlə “Bütün mallara 70% endirim” sözləri yazılsa da, satışda olan 638 ədəd qadın geyiminə endirimin tətbiq edilməyib.




Şərhlər