Bakıda
20 Mart 2012 Çərşənbə Axşamı 15:18
Yarımfinal və finalda çıxış edəcək ölkələrin çıxış ardıcıllığı müəyyən olunub.
Bu gün Bakıda nümayəndə heyətləri rəhbərlərinin iclasında "Eurovision 2012" mahnı müsabiqəsinin 42 iştirakçı ölkəsi arasında püşkatma mərasimi keçirilib. Trend-in məlumatına görə, püşkatma nəticəsində mayın 22 və 24-də keçiriləcək yarımfinallardakı ölkələrin, o cümlədən mayın 26-da birbaşa final mərhələsində təmsil olunan 6 ölkənin çıxış ardıcıllığı müəyyən olunub.

Mayın 22-də Bakıda keçiriləcək birinci yarımfinalda iştirak edəcək 18 ölkə aşağıdakı ardıcıllıqla çıxış edəcək:
Monteneqro, İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika, Finlandiya, İsrail, San Marino, Kipr, Danimarka, Rusiya, Macarıstan, Avstriya, Moldova, İrlandiya.

Mayın 24-də baş tutacaq ikinci yarımfinalda isə 18 ölkə bu ardıcıllıqla iştirak edəcək:
Serbiya, Makedoniya, Niderland, Malta, Belarus, Portuqaliya, Ukrayna, Bolqarıstan, Sloveniya, Xorvatiya, İsveç, Gürcüstan, Türkiyə, Estoniya, Slovakiya, Norveç, Bosniya və Herseqovina, Litva.


DOSTLARINLA PAYLAŞ:

oyunlar