Bakıda 7-ci və 8-ci mikrorayonları içməli su ilə təmin edən magistral su xəttinin bir hissəsi dəyi
04 Aprel 2012 Çərşənbə 15:24
Azərsu” ASC Bakı şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.

ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, tədbirlər planına uyğun olaraq paytaxtın Binəqədi rayonunda 7-ci və 8-ci mikrorayonları içməli su ilə təmin edən magistral su xəttinin bir hissəsinin dəyişdirilməsinə başlanıb.

Binəqədi Mərkəzi Nasosxanasından Z.Bünyadov küçəsinə qədər 4 km uzunluğunda metal borulardan ibarət olan magistral su kəmərinin Ə.Rəcəbli küçəsindən keçən 700 metrlik hissəsi korroziyaya uğradığından vaxtaşırı su itkiləri yaranıb. Hazırda həmin metal borular 900 mm diametrlik polietilen borularla əvəzlənir. Bununla paralel olaraq həmin ərazidə yaşayış massivlərini içməli su ilə təmin etmək məqsədilə 300 mm diametrlik polietilen borularla 500 metr uzunluğunda köməkçi magistral kəmər də çəkilir.

Tədbirlər planına uyğun olaraq tikinti-quraşdırma işlərinin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulur. Bununla da Binəqədi rayonunda 7-ci və 8-ci mikrorayonların içməli su təchizatı yaxşılaşacaq və su itkilərinin qarşısı alınacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar