Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumatına görə, mülayim cənub-şərq küləyi əsəcək, günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-17 dərəcə, gündüz 19-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin Lənkəran-Astara zonasında qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 dərəcə, gündüz 20-25 dərəcə, dağlarda gecə 6-11 dərəcə, gündüz 16-21 dərəcə isti təşkil edəcək.
Hava haqqında qısa icmal: Yaxın 2 gün ərzində Abşeron yarımadasında hava şəraitinin nisbətən mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. ANSPRESS
Bakıda 24 dərəcəyədək isti gözlənilir
Mülayim cənub-şərq küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.




Şərhlər