Bakıda 2 sərnişin avtobusu yolda qalıb
01 Oktyabr 2011 Şənbə 14:25
Hadisə yerinə FHN-nin xilasediciləri yollanıb.
Bakı şəhəri Nərimanov rayonunda hava şəraiti ilə əlaqədar olaraq iki sərnişin avtobusu yolda hərəkətsiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtobusda olan sərnişinlərin təxliyəsini həyata keçirib və nəqliyyat vasitələrini yolun kənarına çəkiblər.
Əməliyyat saat 12:18-də başa çatıb.
Bundan əlavə yağış suları nəticəsində Kürdəmir şəhərində də avtomobil yolunda nəqliyyatın hərəkətinin çətinləşməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yolda müvafiq işlər görürlər. Əməliyyat davam etdirilir.
Bakı şəhəri, Nizami rayonunda da yağış suları nəticəsində magistral avtomobil yolunda nəqliyyatın hərəkətinin çətinləşməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yolda müvafiq işlər görürlər. Əməliyyat davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: