Ölkə

Bakıda 134 taksi dayanacağı tikiləcək

Bu işdə qardaş Türkiyənin təcrübəsindən istifadə olunacaq.

· Xəbərçi
Bakıda 134 taksi dayanacağı tikiləcək
Azərbaycanda 60-dan çox avtovağzal artıq pasportlaşdırılıb. Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, 134 taksi dayanacağının da tikintisi nəzərdə tutulub. Namiq Həsənovun sözlərinə görə, bu proses ölkədə kiçik və orta sahibkarlığın inkişafına təkan vermiş olacaq.

Taksi dayanacaqlarının salınmasında Azərbaycan qardaş ölkə olan Türkiyənin təcrübəsindən yararlanacaq.

Şərhlər