Bakı-Sumqayıt yolunda hərəkət öldü
01 Fevral 2012 Çərşənbə 20:00
Buna səbəb yolların buz bağlamasıdır.
Bakı-Sumqayıt yolu bağlanıb. ANS PRESS-in müxbirinin verdiyi məlumata görə, paytaxtdan Sumqayıt istiqamətinə gedən yollarda hərəkət dayanıb. Buna səbəb yolların buz bağlamasıdır.

Yolların buz bağlaması səbəbindən Bakı-Sumqayıt magistralında böyük tıxac yaranıb. Yolun bəzi hissələrində avtomobil qəzaları baş verib.

Tıxac Saray qəsəbəsi ərazisində yerləşən Yol Polisi Postundan o yana uzanır. Yola qum və duz qarışığı səpilməyib.

Məlumata görə, Bakı-Quba istiqamətində də yolun hərəkəti dayanıb. Paytaxta gələn və paytaxtdan əyalətlərə gedən avtomobillərin hərəkəti donub. Maşınlarda olan vətəndaşlar artıq bir neçə saatdır ki, yolun açılmasını gözləyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar