Bakı - Şamaxı - Muğanlı avtomobil yolu genişləndirilir
13 Noyabr 2011 Bazar 01:21
Bakı-Şamaxı-Muğanlı avtomobil yolu genişləndirilir. Dörd zolağa qədər genişləndiriləcək yolda 2 piyada keçidi və mal-qara üçün 4 yeraltı keçid inşa ediləcək.
Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 15-45-ci kilometrlikdəki hissəsinin 4 zolağa qədər genişləndirilməsi ilə bağlı işlərə başlanılıb. “Azərinşaatservis” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, hazırda yolda torpaq işləri aparılır. Layihə üzrə genişləndirilməsi nəzərdə tutulmuş yol hissəsinin uzunluğu 30 kilometrdir. İki zolaqdan ibarət bu yol 4 zolağa qədər genişləndiriləcəkdir. Hər hərəkət zolağının eni 3,75 metr olacaq.

Bundan başqa, yolda 4 avtobus dayanacağı, 2 piyada keçidi və mal-qaranın yoldan keçirilməsi üçün 4 yeraltı keçid inşa ediləcək.

Bakı-Şamaxı-Muğanlı avtomagistralının Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin sifarişi ilə genişləndirilməsi işləri 24 aya başa çatdırılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar