Bakı-Roma təyyarə reysi açılır
06 Mart 2012 Çərşənbə Axşamı 10:07
Reyslər aprelin 17-dən həftənin 2, 4 və 6-cı günləri həyata keçiriləcək.
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Roma-Bakı istiqamətində müntəzəm aviareyslərin həyata keçirilməsinə başlayır. ANS PRESS-in AZAL-ın rəsmi saytına istinadla verdiyi məlumata görə, müntəzəm reyslər aprel ayının 17-dən həyata keçiriləcək. Reyslər həftənin 2, 4 və 6-cı günləri, müasir Aerobus 319, 320 tipli hava gəmilərində həyata keçiriləcək. Bakıdan uçuş vaxtı 08.25, Romaya varış 10.00. Romadan uçuş vaxtı 11.10, Bakıya dönüş 18.30.

Bu dövrdən etibarən Milan istiqamətində də həftədə 3 reysin olması həm biznes səfərlərini planlaşdırmaq, həm də turoperatorlar tərəfindən İtaliyaya fərqli turpaketlər tərtib etmək üçün geniş imkanlar yaradır.

Əlavə məlumat üçün aşağıdakı telefon və elektron poçt vasitəsilə müraciət etməyinizi xahiş edirik: Tel.: +(99412) 598-88-80, [email protected]


DOSTLARINLA PAYLAŞ:

oyunlar