Bakı-Moskva-Bakı marşrutu üzrə biletlərin qiyməti düşdü
Bu, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədardır.
“Azərbaycan Hava Yolları” aviaşirkəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar olaraq Bakı-Moskva-Bakı istiqaməti üzrə xüsusi aksiyalı tariflər tətbiq edib. Şirkətdən verilən məlumata görə, Bakı-Moskva-Bakı istiqamətində aviabiletlər 203 manatdan, Bakı-Moskva marşrutu üzrə isə 109 manatdan başlayan qiymətlərlə satışa çıxarılıb.




Şərhlər