Bakı metrosunda qatar tuneldə qaldı
27 Dekabr 2011 Çərşənbə Axşamı 16:47
Nasazlıq yaranan qatar tuneldən qoşqu ilə çıxarılıb.
Bu gün saat 15:30 radələrində Bakı Metropolitenində qatarlardan birində nasazlıq yaranıb. Metronun 28 May stansiyasından “Gənclik” stansiyasına gedən qatar tuneldə qalıb. Nəticədə sərnişinlərlə dolu vaqonlar təxminən 15-20 dəqiqə tuneldə qalıb. Daha sonra qoşqu ilə “Gənclik” stansiyasına gətirilən qatar burada boşaldılıb və depoya aparılıb.

Nasazlıq səbəbindən metropolitenin digər stansiyalarında da qatarların hərəkətində çətinlik, fasilələr yaranıb.

Qeyd edək ki, qatarın 20 dəqiqəyə yaxın tuneldə qalması bir çox insanların özünü pis hiss etməsinə səbəb olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar