Bakı metrosunda dələduzluq edən falçı qadın tutuldu
25 Aprel 2012 Çərşənbə 11:13
Samirə Karpenko satıcı qadından 220 manat və qızıl-zinət əşyaları alaraq dələduzluq edib.
Bakıda fala baxmaq adı ilə qadını soyan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhər sakini Mehriban Əhmədova Metropolitendə PŞ-yə ərizə ilə müraciət edərək bildirib ki, aprelin 7-də metronun "Elmlər Akademiyası" stansiyasının keçidində işlədiyi ticarət köşkündə bir qadın fala baxmaq adı ilə ondan 220 manat və qızıl-zinət əşyaları alaraq dələduzluq edib. Metropolitendə PŞ Cinayət-Axtarış Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Balaxanı qəsəbə sakini Samirə Karpenko aprelin 24-də tutulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar