Ölkə

Bakı Metropoliteninin Koroğlu stansiyası açılıb

Koroğlu stansiyasının açılışında prezident İlham Əliyev iştirak edib.

· Xəbərçi
Bakı Metropoliteninin Koroğlu stansiyası açılıb
Dekabrın 30-da prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Metropoliteninin yenidən qurulmuş “Koroğlu” (keçmiş “Məşədi Əzizbəyov”) stansiyasının açılışında iştirak edib. ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov dövlət başçısına və xanımına stansiyanın yeni yerüstü binası haqqında məlumat verib. Bildirilib ki, stansiyanın piramida formasında inşa edilmiş yeni yerüstü binasında müasir işıqlandırma sistemi quraşdırılıb. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva xalq qəhrəmanı Koroğlunun burada ucaldılacaq abidəsinin eskiz layihələrinə baxıblar.

Dövlət başçısı və xanımı platformada yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, burada “SOS” həyəcan sistemi tətbiq edilib.

Şərhlər