Ölkə

Bakı metropoliteni 15 yeni qatar alacaq

Artımı qatarlar arasında intervalın minimuma endirilməsinə imkan yaradacaq

· Xəbərçi
Bakı metropoliteni 15 yeni qatar alacaq

 

2009-cu ildə Bakı Metropoliten İdarəsi Rusiyada nəzərdə tutulan 25 qatar əvəzinə 15 qatar alacaq. Bu, dövlət büdcəsinin investisiya xərclərinin azalması ilə bağlıdır. Hələlik satın alma üçün vəsait ayrılmayıb. Qatarların tədarükü müddəti də müəyyən edilməyib.

Qeyd edək ki, ötən il "Metroqatar" ASC-nin Mıtişin qatar tikinti zavodundan 36 qatar alınıb. Bakı Metropolitenin istismarında 230 qatar var. Qatarların sayının artımı qatarlar arasında intervalı minimuma endirilməsinə imkan yaradacaq. /Turan/

 

Şərhlər