Bakı kəndlərində 10 elektron ATS-in tikintisi planlaşdırılır
01 Noyabr 2011 Çərşənbə Axşamı 03:44
Kəndlərdə telefon rabitəsi ilə yanaşı, bütün multimedia xidmətlərindən istifadəyə də şərait yaradılacaq.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Bakıətrafı kənd və qəsəbələrdə yaşayan sakinlərin telefon rabitəsinə tələbatını ödəmək məqsədilə 10-dan çox elektron ATS-in tikintisini planlaşdırır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a verilən məlumata görə, hazırda Qaradağ, Xəzər, Sabunçu, Suraxanı, Binəqədi rayonlarının kənd və qəsəbələrində mövcud stansiyaların yeni nəsil NGN stansiyaları ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu işlərlə paralel olaraq xətt şəbəkəsi müasirləşdiriləcək və xidmət keyfiyyəti yüksəldiləcək. Sakinlərin telefon rabitəsi ilə yanaşı, bütün multimedia xidmətlərindən istifadə etməsinə də şərait yaradılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar