Bakı dumana qərq olub
19 Aprel 2012 Cümə Axşamı 16:26
Duman cənub küləyinin güclənməsi və dənizdən rütubətli havanın daxil olması ilə əlaqədardır.
Bu gün Bakı və Abşeron yarımadasında müşahidə edilən duman cənub küləyinin günorta saatlarında güclənməsi və dənizdən rütubətli havanın daxil olması ilə əlaqədardır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, duman sabah günorta saatlarında çəkiləcək: “Sabah Bakı və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Bununla əlaqədar müşahidə edilən duman sabah çəkiləcək”.
Qeyd edək ki, sinoptiklər yaxın 3 gün ərzində Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti vəd edirlər. Hava proqnozuna əsasən, aprelin 20-də şimal-qərb küləyinin gündüz saatlarında arabir güclənəcəyi gözlənilir. Ayın 20-21-də havanın temperaturu 20-25 dərəcə isti təşkil edəcək.
DOSTLARINLA PAYLAŞ: