Bakı buxtası üzərindən körpünün inşası layihəsi hazırlanır
15 Oktyabr 2011 Şənbə 14:00
Cənubi Koreya və Azərbaycan müxtəlif sahələrdə intensiv əməkdaşlıq edir. «APA-Economics»in məlumatına görə, bu barədə Cənubi Koreyanın Azərbaycandakı səfiri Li Ci Ha bildirib.
Səfir bildirib ki, əməkdaşlıq əsasən informasiya texnologiyaları, ətraf mühit və su təminatı, idarəetmə və təhsil sahələrini əhatə edir. İndiyədək bəzi sahələrdə layihələrin həyata keçirilməsinə Koreya tərəfindən qrantlar ayrılıb. Bundan sonra, reallaşacaq layihələrə gəldikdə Koreya Pirşağıdakı su təmizləyici qurğunun tikintisi üçün qrant ayırmaq, Təhsil Nazirliyi ilə kadrların hazırlanması üçün layihə reallaşdırmaq niyyətindədir. Bundan başqa, hazırda bir sıra layihələrin texniki-iqtisadi əsaslandırılmaları hazırlanır: «Bu, Bakı buxtası üzərində körpünün tikintisi və investisiyaların birbaşa təşviqi layihələridir». APA
DOSTLARINLA PAYLAŞ: