Bakı bulvarındakı buz meydançası niyə söküldü?
19 Yanvar 2012 Cümə Axşamı 12:33
Nazim Məcidov: "Bu il bulvarda buz meydançası olmayacaq".
Ötən il Bakı bulvarında çoxlarının əyləncə yerinə çevrilmiş buz meydançasına bu il rast gəlmək mümkün deyilNazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Day.Az saytına açıqlamasında buz meydançasının sökülməsinə hava şəraitinin səbəb olduğunu söyləyib:

"Məlum olduğu kimi, bu meydançanın fəaliyyəti üçün soyuq hava şəraiti tələb olunur. Bakıda bu qış sərt şaxta cəmi bir neçə gün davam etdi. Hələ ötən ilin dekabrında meydançanı qurmağı düşünürdük və bunun üçün onun konstruksiyasını da quraşdırmışdıq. Meydança istifadəyə verilməyə tam hazır idi. Amma hava şəraiti üzündən bu, mümkün olmadı. İndidən sonra hava soyusa belə, buz meydançasını qurmayacağıq. Bu il bulvarda buz meydançası olmayacaq".


DOSTLARINLA PAYLAŞ:

oyunlar