Bakda -8 dərəcə şaxta olacaq
03 Fevral 2012 Cümə 13:12
Sabah gecə bəzi yerlərdə az qar yağacağı gözlənilir.
Ölkə ərazisində fevralın 4-də hava şəraiti nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 4-də Bakıda və Abşeron yarımadasında gecə bəzi yerlərdə az qar yağacağı, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi,lakin bəzi şərq rayonlarında az yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 23-28 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar