"Azpromo" layihə qəbulunu davam etdirir
05 Aprel 2012 Cümə Axşamı 17:10
Fond xarici investorlara və tərəfdaşlara təqdim edilməsi üçün nəzərdə tutulmuş layihələri sahibkarlıq subyektlərindən qəbul edir
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə iqtisadiyyatın qeyri-neft sektorunun sahələrini əhatə edən və xarici investisiyaların cəlbi üçün nəzərdə tutulmuş layihələrin sahibkarlıq subyektlərindən qəbulunu davam etdirir. Fonddan ANS PRESS-ə verilən məlumata görə, sahibkarların investisiya layihələri qeyri-neft sektorunun sahələrini əhatə etməli, maliyyə baxımından əsaslandırılmış və iqtisadi cəhətdən səmərəli olmalı, beynəlxalq standartlara cavab verən müəssisələrin yaradılmasını və ya müəssisələrin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasını, əsasən ixracyönümlü və idxaləvəzləyici, yüksək keyfiyyətli, rəqabətə davamlı məhsulların istehsalını nəzərdə tutmalıdır.

AZPROMO investisiya təkliflərini birbaşa olaraq xarici investorlara və tərəfdaşlara təqdim edir. İnvestisiya layihələri aşağıdakı məlumatları özündə əks etdirməlidir:

- Layihənin adı və həyata keçiriləcəyi yer;
- Layihənin məqsədi və təsviri;
- Layihənin dəyəri və təklif olunan maliyyələşdirmə sxemi və ya pay bölgüsü;
- Layihənin həyata keçirilmə və özünü ödəmə müddəti;
- Layihəni həyata keçirən şirkət/benefisiar barədə məlumat (şirkətin adı, ünvanı, əlaqəli şəxsin adı, vəzifəsi və əlaqə vasitələri (mobil telefon və elektron poçt)).

İnvestisiya layihələri Azərbaycan və ingilis dillərində qəbul olunur. Sahibkarlıq subyektləri investisiya təkliflərini elektron daşıyıcılarında və ya çap şəklində aşağıda qeyd olunan ünvana təqdim edə bilərlər:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Həsən Abdullayev küçəsi 11, AZ 1001
Əlaqələndirici şəxs: Vüsal Abbasov
(e-mail: [email protected], tel: (012) 598-01-47 (daxili: 105), faks: (012) 598-01-52)


DOSTLARINLA PAYLAŞ:

oyunlar