Ölkə

“Azərsu” ASC qarət edildi

Cəmiyyətə məxsus dəmir borular oğurlanıb

· Xəbərçi
“Azərsu” ASC qarət edildi
“Azərsu” ASC-yə məxsus dəmir borular oğurlanıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Abşeron RPŞ əməkaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-də Ceyranbatan qəsəbəsi ərazisindəki “Azərsu” ASC-yə məxsus dəmir boruları oğurlayan Bərdə rayon sakinləri Şəmil Ziyadov və Nazim Quluzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər