“Azercell”-in” SMS ŞANS” kampaniyası davam edir
07 Aprel 2009 Çərşənbə Axşamı 14:25
SMS göndər, bəxtini sına

‘’Azercell Telekom” MMC-nin martın 1-dən etibarən start verdiyi “SMS ŞANS” lotereya kampaniyasının beşinci tirajı keçirilib. Tiraj nəticəsində 300 “Azercell” abonenti 30 manat, 30 nəfər 300 manat, bir abonent 050 3896562- saylı nömrənin istifadəçisi isə 3000 manatın sahibi olub.
“Azercell”-in “SMS ŞANS” lotereya kampaniyasının iştirakçısı olmaq üçün sadəcə dost-tanışlarınıza, yaxınlarınıza mesaj göndərməyiniz kifayətdir. Mesajların sayı çox olduqca, lotereyanın qalibi olmaq şansı da yüksəlir.
Bu il mayın 22-nədək davam edəcək “SMS ŞANS” kampaniyası boyunca 10 tiraj keçiriləcək. Kampaniyanın ilk 8 tirajı çərçivəsində hər həftə təsadüfi seçim prinsipi əsasında bir abonent 3.000 (üç min) manat, 30 abonent 300 (üç yüz) manat, 300 abonent isə 30 (otuz) manat qazanacaq. Bundan əlavə, kampaniya çərçivəsində keçiriləcək 3 tirajda xüsusi uduşlar da nəzərdə tutulub. Belə ki, bu uduşun qalibləri məşhur türk müğənniləri Ajda Pekkan, Hadisə və Fərhad Göçerin konsertinə 2 bilet əldə etmiş olacaq.
Lotereyada tirajlar xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir. Mayın 22-dək davam edəcək “SMS ŞANS” kampaniyasının qaliblərı sırasında olmaq istəyən “Azercell” abonentləri həftə ərzində daha çox SMS göndərməklə, daha çox şans qazanacaqlar. /ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar