Ölkə

Azərbaycanın xalq artisti Qədir Rüstəmov Bakıda dəfn olunacaq

İstanbulun “Acıbadem” xəstəxanasında 76 yaşında vəfat edən Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı Qədir Rüstəmovun cənazəsi Bakıya gətirilir.

· Xəbərçi
Azərbaycanın xalq artisti Qədir Rüstəmov Bakıda dəfn olunacaq
Q. Rüstəmovun oğlu Rüstəm Rüstəmov APA-ya bildirib ki, cənazə gecə Bakıya gətiriləcək: “Vida mərasimi isə sabah keçiriləcək. Mərasim saat 10.00-da Bakı Musiqi Akademiyasının akt zalında başlanacaq”.

R. Rüstəmov deyib ki, Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə mərhum Bakıda dəfn olunacaq.

Q. Rüstəmov iki aydır, İstanbulun “Acıbadem” xəstəxanasında müalicə olunurdu. Uzun müddət koma vəziyyətində qalan xalq artisti bu gün səhər vəfat edib.

Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olub, burada xanəndə kimi yetişib.

Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb, sonradan Ağdamda təhsilini davam etdirib. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məşhurlaşıb.

Qədir Rüstəmovun ifasında bir sıra muğam dəsgahları - “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır.

Şərhlər