Azərbaycanın şimal-qərb rayonlarında güclü qar yağır
07 Noyabr 2011 Bazar Ertəsi 13:54
Azərbaycanın şimal-qərb bölgəsinə yağan güclü qar bir sıra problemlər yaradıb.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ötən gün ölkənin şimal-qərb rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Ötən gün başlayan yağış gecə saatlarında qara keçib. Belə ki, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarının dağətəyi kəndlərinə güclü qar yağıb.

Qax rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Qum, Qaşqaçay, İlisu və Sarıbaş kəndlərində qarın qalınlığı 50 sm təşkil edir. Bu kəndlərə güclü qar yağması səbəbindən elektrik naqilləri qırılıb, rayon mərkəzi və bir sıra kəndlərə elektrik enerjisinin verilməsində problemlər yaranıb. Güclü qar yağması səbəbindən dağ kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşib. Hazırda rayon Fövqəladə Hallar Komissiyasının üzvləri yaranmış problemlərin aradan qaldırılması istiqamətində iş aparır.

Zaqatala və Şəki rayon mərkəzlərinə və dağətəyi kəndlərə də güclü qar yağıb. Burada qarın qalınlığı 7-10 sm, rayonların dağətəyi kəndlərində isə 20-25 sm təşkil edir. Naqillərin qırılması səbəbindən bu rayonlarda da elektrik enerjisinin verilməsində fasilələr yaranır. Dağətəyi kəndlərə avtomaşınların hərəkətində problemlər mövcuddur. Hazırda rayon Fövqəladə Hallar Komissiyasının üzvləri yaranmış problemlərin aradan qaldırılması istiqamətində iş aparır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar