Azərbaycanın şimal bölgəsi donub
13 Noyabr 2011 Bazar 11:40
Qubada -16 dərəcə şaxta var.
Azərbaycanın şimal bölgəsinə qar yağıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Quba, Qusar, Xaçmaz regionlarında şaxtalı hava müşayiət olunur. Şaxtalı hava özü ilə bir çox problemlər də gətirib. Quba, Qusar, Xudat yolları buz bağlayıb. Əsas problem Qubanın Xınalıq kəndində yaşanıb. Belə ki, kəndə gedən yol tamamilə bağlanıb. Rayonun digər yollarında da problemlər hökm sürür. Problemin aradan qaldırılması üçün yollara düz səpilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba ərazisi üzrə Hidrometoloji xidmətlər deportamentinin əməkdaşı Anar Ramazanovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, şaxtalı hava hələ davam edəcək.
Qeyd edək ki, Qubanın Xınalıq kəndinə 52 sm qar yağıb, burada havanın tempraturu -16 dərəcədir. Qubanın mərkəzində isə 4 dərəcə şaxta var.
Qusarda isə -7,5 dərəcə şaxta 16 sm qar var.
Şaxtalı hava regionlarda elektrik təsərrüfatına da ciddi ziyan vurub. Bununla da, elektrik enerjisinin verilməsində böyük fasilələr müşahidə olunur. Qaz təminatında da ciddi problemlər hökm sürür.
DOSTLARINLA PAYLAŞ: