Azərbaycanın rayonlarında yağış yağacaq
29 May 2009 Cümə 12:55
Mayın 29-da Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, şimal küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gündüz 20-24 dərəcə, axşam 14-16 dərəcə isti olacaq. Mayın 30-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi arabir bəzi yerlərdə güclənəcək, gündüz cənub-şərq küləyinə keçəcək. Havanın temperaturu gecə 13-15 dərəcə, gündüz 20-24 dərəcə isti olacaq.

Mayın 31-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru buludluluğun artacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə 14-16 dərəcə, gündüz 22-25 dərəcə isti olacaq. İyunun 1-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16 dərəcə, gündüz 21-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 30-da əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi şimal və qərb rayonlarında yağışın intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17 dərəcə, gündüz 22-27 dərəcə, dağlarda gecə 2-7 dərəcə, gündüz 10-14 dərəcə isti olacaq.

Mayın 31-də, iyunun 1-də gecə və axşam saatlarında əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16 dərəcə, gündüz 22-27 dərəcə, dağlarda gecə 4-9 dərəcə, gündüz 12-17 dərəcə isti olacaq.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar