"Azərbaycanın qaz ehtiyatları 2,5 trln kubmetri ötüb"
12 Sentyabr 2011 Bazar Ertəsi 14:21
""Abşeron" strukturun qaz ehtiyatları 350 mlrd. kubmetr həcmində qiymətləndirilir"
Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" strukturunda qaz yatağının aşkarlanması ölkənin qaz ehtiyatlarını artıracaq. Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə belə deyib.

Onun sözlərinə görə, Azərbaycanın "Babək" strukturunda qaz ehtiyatları 400 mlrd. kubmetr, "Ümid"də - 200-300 mlrd. kubmetr həcmində qiymətləndirilir. Xoşbəxt Yusifzadə onu da bildirib ki, "Abşeron" strukturunda kondensat ehtiyatları 45 mln. ton həcmində qiymətləndirilir. Bu ehtiyatların doğruldulması üçün əlavə quyular qazılmalıdır.

"Əgər bundan öncə ölkənin qaz ehtiyatları 2,2 trln. kubmetr həcmində qiymətləndirilirdisə, "Abşeron" strukturunun açılması ilə bu həcm 2,550 trln. kubmetrədək çatacaq. Belə ki, strukturun qaz ehtiyatları 350 mlrd. kubmetr həcmində qiymətləndirilir", deyə X. Yusifzadə qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar