Azərbaycanın müdafiə nazirinin oğlu prokuror köməkçisi təyin edilib
30 Sentyabr 2011 Cümə 13:33
Əbiyev Roman Səfər oğlu Xəzər rayon prokuroru Fəxri Ələsgərovun köməkçisi vəzifəsinə təyinat alıb.
Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin oğlu yeni vəzifəyə təyin edilib. APA-nın məlumatına görə, baş prokuror Zakir Qaralovun əmri ilə Əbiyev Roman Səfər oğlu Xəzər rayon prokuroru Fəxri Ələsgərovun köməkçisi vəzifəsinə təyinat alıb. Bundan əvvəl isə R. Əbiyev Xəzər Rayon Prokurorluğunda müfəttiş kimi çalışıb.
Qeyd edək ki, Xəzər rayon prokuroru F. Ələsgərov Azərbaycanın sabiq spikeri Murtuz Ələsgərovun oğludur.
Həmçinin, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlunun övladı da prokurorluq orqanlarında işə qəbul olub. Səfərov Rüfət Eldar oğlu prokurorluğa işə qəbulla əlaqədar 6 yanvar 2011-ci ildə elan olunmuş müsabiqədə müvəffəqiyyət qazanan 108 nəfərdən biridir.
Müsabiqədə müvəffəqiyyət qazanmış şəxslərin andiçmə mərasimi isə oktyabrın 1-də keçiriləcək.
1 oktyabr - prokurorluq orqanları əməkdaşlarının peşə bayramıdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: